Şirvan şəhərinin yaranmasının 60 illiyi qeyd olunub - FOTO

Tarix: 29 Dec 2023 13:03

Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yubiley tədbirləri çərçivəsində şəhərin yaranmasının 60 illiyinə həsr olunmuş müxtəlif idman yarışları və digər tədbirlər baş tutub. Bu gün isə şəhər ictimayətinin iştirakı ilə Heydər Əliyev meydanında şəhərin sənaye potensialı - zavod və fabriklərinin istehsal məhsulllarının nümunələrini əks etdirən sərgi nümayiş olunub. Tədbirə qatılanlar şəhərin tarixini əks etdirən fotosərgi ilə tanış olublar. Rəsmi tədbir konsert proqramı ilə başa çatıb. Tədbirdə şəhər ictimayyətinin nümayəndələri, İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov və şəhərin fəxri qonaqları iştirak edib.

Qeyd edək ki, Şirvan şəhəri 1963-cü ilə kimi Əli Bayramlı rayonu olub, həmin ildən respublika tabeli şəhər statusu alıb, 2008-ci ildən Şirvan adlandırılıb. Şirvan ölkənin 5 iri sənaye şəhərindən biri sayılır.

Xəbər Lenti