Cümə, 7 Avqust, 2026
Tarix: 13 Nov 2023 18:23
"Ukrayna Avropa İttifaqının əsas prioritetidir".
APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.
O deyib ki, bu gün Aİ-nin 27 xarici işlər naziri Ukraynaya vahid dəstək mesajı verib.
"Ukrayna Aİ-nin əsas prioritetidir - öhdəliyimizlə bağlı heç bir yorğunluq olmayacaq. Aİ Şurasının iclasından sonrakı tapşırıqlara uyğun olaraq gələcək təhlükəsizlik öhdəliklərimiz üzərində işləyirəm", - Borrell bildirib.
Mənbə: apa.az