Hakan Fidan: Türkiyə Qəzzada başqa həll tədbirlərinə əl ata bilər

Tarix: 19 Nov 2023 00:08

Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

"Biz indi blokadanı yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik"- Fidan bildirib.

O qeyd edib ki, “bu üsullar işə yaramırsa, başqa yollar da var”.

Fidan Ankaranın Qəzza böhranının həlli üçün hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib.

Xəbər Lenti