Şənbə, 17 Yanvar, 2026
Tarix: 19 Dec 2025 23:04
Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmaqda davam edir.
APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib. “Biz onlara kəşfiyyat dəstəyi göstərməyə davam edirik”, – deyə Rubio bildirib.
Onun sözlərinə görə, Ukrayna üzrə nizamlanma prosesi ABŞ-ın bir neçə qurumunun iştirakı ilə aparılır. Bu prosesə Pentaqon, Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Dövlət Departamenti cəlb olunub.