Cümə, 30 Yanvar, 2026
Tarix: 19 Nov 2023 01:23
Hazırda Qəzza zolağından girovların azad edilməsi ilə bağlı heç bir razılaşma yoxdur.
APA-nın “Times of Israel” nəşrinə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu bildirib ki, girovların bir qismini və ya hamısını azad etmək üçün mümkün sövdələşmələr barədə "çoxlu yalan məlumatlar" yayılıb. Lakin hazırda heç bir sövdələşmə yoxdur və əgər bir şey ortaya çıxsa, ictimaiyyətə məlumat veriləcək.