Kamçatkada 4,6 maqnitudalı zəlzələ qeydə alınıb

Tarix: 20 Dec 2025 05:21

Kamçatka diyarında 4,6 maqnitudalı zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentri 41,6 kilometr dərinlikdə yerləşib.

Xəbər Lenti