Rubio Tramp və Maduro arasında birbaşa danışıqlar ehtimalını istisna etməyib

Tarix: 20 Dec 2025 06:43

ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Tramp ilə Venesuela Prezidenti Nikolas Maduro arasında birbaşa danışıqların mümkünlüyünü istisna etmədiyini bildirib.

APA xəbər verir ki, Rubio bu mövqeyi dekabrın 19-da Dövlət Departamentində jurnalistlərlə ünsiyyəti zamanı səsləndirib.

“Prezident Trampın danışıqları ilə bağlı şərh verməyəcəyəm. Yalnız onu qeyd edim ki, gördüyünüz kimi, prezident istənilən şəxslə danışmağa hazırdır. O, danışıqları güzəşt kimi qiymətləndirmir”, – deyə Rubio vurğulayıb.

Xəbər Lenti