Fransa DİN Yeni il ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirəcək

Tarix: 20 Dec 2025 06:19

Fransanın daxili işlər naziri Loran Nunez Yeni il bayramları ərəfəsində ölkə üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı regionların prefektlərinə göstəriş məktubu göndərib. APA xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Nazirin məktubunda “terror təhlükəsinin çox yüksək səviyyədə olması və ictimai asayişin pozulması riskləri” ilə əlaqədar bütün ölkə ərazisində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi, hüquq-mühafizə orqanlarının görünən və daimi iştirakı tələb olunur.

Qeyd olunur ki, insanların kütləvi toplaşdığı məkanlar fasiləsiz nəzarət altında saxlanılacaq, ictimai nəqliyyatda təhlükəsizliyə isə xüsusi diqqət yetiriləcək.

Xəbər Lenti