Şənbə, 17 Yanvar, 2026
Tarix: 20 Dec 2025 14:37
İranın Sistan-Bəlucistan bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində iki sərhədçi həlak olub.
APA İran mediasına istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan Sərhəd Mühafizəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, bölgədəki əlverişsiz hava şəraiti, duman və görüş məsafəsinin azalması səbəbindən sərhəd mühafizəsinə məxsus avtomobil digər bir nəqliyyat vasitəsi ilə toqquşub.
Pakistanla sərhəddə baş verən qəzada rütbələri baş çavuş olan iki sərhədçi həyatını itirib.
Toğrul Quluzadə İran qəza