Şənbə, 20 Dekabr, 2025
Tarix: 20 Dec 2025 15:28
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərinin təhlükəli və əlçatmaz olması ilə bağlı Tehranın iddialarını yoxlamaq üçün onlara baxış keçirmək istəyir.
APA xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi “RİA Novosti”yə müsahibəsində deyib.
O qeyd edib ki, İran “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” çərçivəsində bu obyektlərə girişi təmin etməyə borcludur.
Qrossi bu məsələ ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə etməyə ümid edir. O bildirib ki, İranın ABŞ-ın iyun ayında vurduğu üç nüvə obyektindən daha çox nüvə obyekti var.
Selcan Zaurqızı İran nüvə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Rafael Qrossi