Cümə, 30 Yanvar, 2026
Tarix: 19 Nov 2023 11:04
Şiə İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla zərbə endiriblər.
APA xəbər verir ki, bu barədə hərəkatın Telegram-kanalında dərc olunan mesajda deyilir.
Təşkilat Amerika bazasına zərbə endirməsini “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.
İraqın İslami Müqaviməti tərəfdarlarının fikrincə, PUA nəzərdə tutulan hədəfi vurub.