Astanada qasırğa küləyi nəticəsində 4 nəfər xəsarət alıb

Tarix: 19 Nov 2023 10:38

Astanada şənbə günü qasırğa nəticəsində xəsarət alan 4 nəfər tibbi yardım üçün təcili yardıma gedib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan paytaxtı administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Təcili tibbi yardım briqadaları müxtəlif dərəcəli bədən xəsarətləri ilə 4 xəstəni çoxsahəli şəhər xəstəxanalarının travma mərkəzlərinə çatdırıblar. Bir uşaq qapalı ayaq sınığı ilə daxil olub. Bütün xəstələrin vəziyyəti qənaətbəxşdir, reanimasiyada olan xəstələr yoxdur”, - məlumatda deyilir.

Xəbər Lenti