Cümə, 30 Yanvar, 2026
Tarix: 19 Nov 2023 12:44
Təxminən 900 yaralı tibbi yardım üçün bazar günü Qəzza zolağından çıxarılacaq.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, anklavdan təxliyə edilənlər əvvəlcə Misirə, sonra Türkiyəyə aparılacaq və orada müalicə olunacaqlar.
Telekanal qeyd edir ki, söhbət İsrailin Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində yaralanan qadın və uşaqlardan gedir.