İran “Fəttah 2” hipersəs raketi təqdim edib

Tarix: 19 Nov 2023 15:14

İran ilk dəfə "Fəttah 2" hipersəs raketini nümayiş etdirib.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Təqdimat mərasimi İranın Ali Rəhbəri Seyid Əli Xameneinin iştirakı ilə baş tutub.

Bildirilib ki, İran da daxil olmaqla dünyanın yalnız 4 ölkəsində bu tip hipersəs silahlarının texnologiyası mövcuddur.

Xəbər Lenti