İsrail Rafah bölgəsində dörd saat ərzində hərbi əməliyyatları dayandırır

Tarix: 19 Nov 2023 15:09

İsrail Müdafiə Qüvvələri Bakı vaxtı ilə saat 12:00-dan 16:00-dək Rəfah şəhəri ərazisində hərbi əməliyyatları dayandırıb.

APA xəbər verir ki, bu barədə ordunun sözçüsü Aviçai Edri bildirib.

“Bu gün biz Rafah qaçqın düşərgəsi ərazisində humanitar məqsədlər üçün 4 saat döyüş əməliyyatlarının taktiki dayandırılmasını həyata keçirəcəyik” - Edrinin X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) dərc edilən mesajda deyilir.

Xəbər Lenti