İsrail ordusu husilər tərəfindən ələ keçirilən “Qalaktika Lideri” gəmisinin onlara məxsus olmadığını bildirib - YENİLƏNİB

Tarix: 19 Nov 2023 18:07

Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisi İsrailə məxsus deyil, ekipajında ​​heç bir israilli yoxdur.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilər tərəfindən yük gəmisinin ələ keçirilməsi çox ciddi qlobal hadisədir. Bu, Türkiyəni tərk edən və İsraillilər olmadan beynəlxalq mülki heyətlə Hindistana gedən gəmidir. Bu, İsrail gəmisi deyil”, - deyə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

***

17:35

Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı Ədən körfəzi sularında İsrailin “Galaxy Leader” yük gəmisini qaçırıb.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Xəbər Lenti