Hrant Dinki qətlə yetirən Ogün Samasta yeni ittiham irəli sürülüb

Tarix: 19 Nov 2023 19:32

Türkiyənin ermənidilli “Agos” qəzetinin baş redaktoru Hrant Dinki 19 yanvar 2007-ci ildə İstanbulda qətlə yetirən Ogün Samasta yeni ittiham irəli sürülüb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, Hrant Dink cinayətinin təşəbbüskarı olan Samast üçün “Silahlı terror təşkilatı adına cinayət törətmək” ittihamı ilə 7 il 6 aydan 12 ilə qədər həbs cəzası istənilib.

Xatırladaq ki, O.Samast şərti azadlığa buraxılıb.

Xəbər Lenti