Cümə, 30 Yanvar, 2026
Tarix: 20 Nov 2023 01:11
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər İsrail-Fələstin müharibəsində atəşkəsin əldə edilməsinin və mülki əhaliyə yardım göstərilməsinin vacibliyinə diqqət çəkiblər.
"Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə yönəldilib. Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub", - deyə nazirlik qeyd edib.
Həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və beynəlxalq gündəmdə olan bir sıra digər aktual məsələlərə də toxunulub.
Rusiya Xarici İşlər Nazirliyi telefon danışığının İran tərəfinin təşəbbüsü ilə noyabrın 19-da baş tutduğunu bildirib.