Borrell Qəzzada xəstəxanalarla bağlı vəziyyətdən danışdı

Tarix: 13 Nov 2023 21:19

Qəzza zolağında 35 xəstəxanadan 20-nin fəaliyyətini dayandırdığı açıqlanıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell​ Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra mətbuat konfransı zamanı danışıb.

Rəsminin sözlərinə görə, Qəzzada bəzi xəstəxanalar tamamilə dağılıb.

“Xəstəxanaların bəziləri dağıdılıb. ÜST-ün məlumatına görə, 35 xəstəxanadan 20-si yanacaq, su və elektrik olmadığı üçün fəaliyyətini dayandırıb”, - Borrell bildirib.

Xəbər Lenti