İndoneziyada qatarla mikroavtobus toqquşub, 11 nəfər ölüb

Tarix: 20 Nov 2023 00:29

İndoneziyanın Şərqi Yava əyalətində qatar mikroavtobusla toqquşub.

APA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 11 nəfər ölüb.

Qəza mikroavtobus nizamlanmayan dəmir yolu keçidindən keçərkən baş verib.

Hadisə nəticəsində daha 3 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti