Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib

Tarix: 20 Nov 2023 12:00

Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, Malatyanın Pütürge rayonunda zəlzələ baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər Lenti