ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı

Tarix: 20 Nov 2023 23:48

ABŞ Ukraynaya 100 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevdə keçirdiyi brifinqdə bildirib.

ABŞ Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, 100 milyon dollar dəyərində yeni paket Amerika ordusunun ehtiyatlarından ayrılacaq.

“Buraya artilleriya sursatları, hava hücumundan müdafiə üçün qurğular, eləcə də bir sıra tank əleyhinə silahlar daxildir”, - Ostin vurğulayıb.

Xəbər Lenti