Cümə, 30 Yanvar, 2026
Tarix: 21 Nov 2023 12:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə yola düşüb.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutub.
Ölkə prezidentləri görüş çərçivəsində ikitərəfli və regional məsələləri, eləcə də İsrail-Fələstin qarşıdurmasını müzakirə edəcəklər.