Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 13:04
Ermənistan Xarici Kəşfiyyat Xidməti Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin 2026-cı ildə sabit və uzunmüddətli həllini mümkünsüz hesab edir.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda o da bildirilib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ən azı əhəmiyyətli bir hissəsinin qüvvədə qalacağı ehtimal olunur ki, bu da ikinci dərəcəli iqtisadi sanksiyalar da daxil olmaqla, Ermənistan iqtisadiyyatı üçün risklər yaratmağa davam edəcək.
Ermənistan Xarici Kəşfiyyat Xidməti Rusiya-Ukrayna müharibəsi Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatı risklər