Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 12:53
Arktika adasının əhalisi və yerli hakimiyyət orqanları ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı hazırlıqlara başlamalıdır.
APA “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib.
“Silahlı münaqişə ehtimalı azdır, lakin onu tamamilə istisna etmək olmaz”, – Nilsen paytaxtda keçirilən mətbuat konfransında bildirib.
Baş nazirin sözlərinə görə, Qrenlandiya hökuməti bütün aidiyyəti yerli qurumların nümayəndələrinin daxil olduğu xüsusi işçi qrup yaradacaq. Bu qrup mümkün böhran və gündəlik həyatın pozulması hallarına qarşı əhalinin hazırlanmasına yardım göstərəcək. Hökumət eyni zamanda, vətəndaşlara yeni tövsiyələr yaymağı planlaşdırır. Tövsiyələr arasında evlərdə ən azı beş günlük ərzaq ehtiyatının yaradılması da var.
Pentaqondan “New York Times” qəzetinə bildiriblər ki, Qrenlandiyaya hücum planının hazırlanması üçün onlara hələ göstəriş verilməyib. Hərbi rəsmilər isə qeyri-rəsmi şəkildə xəbərdarlıq edirlər ki, Qrenlandiyanın ələ keçirilməsi NATO müttəfiqinə hücum demək olar və bu, alyans daxilində ciddi böhrana səbəb ola bilər.
İlqar Xudiyev Qrenlandiyanın müdafiəsi ABŞ Pentaqon