Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 12:47
Ukraynanın Adıgey Respublikasına PUA hücumu zamanı 13 nəfər yaralanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Adıgey Respublikasının rəhbəri Murat Kumpilov bildirib.
Onun sözlərinə görə, gecə saatlarında respublikanın Taxtamukayski rayonunda baş verən dron hücumunda 13 nəfər yaralanıb.
Kumpilov özünün “Telegram” kanalında yazıb ki, yaralılardan 9-u xəstəxanaya yerləşdirilib.
***
04:56
Adıgey Respublikasının Taxtamukay rayonunda çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində səkkiz nəfər xəsarət alıb. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Adıgeyin rəhbəri Murad Kumpilov "Telegram" kanalında məlumat verib.
Məlumata görə, xəsarət alanlar arasında bir uşaq da var. Yaralılardan 7-si xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilir. Həkimlərin bildirdiyinə görə, xəsarət alanların həyatına təhlükə yoxdur. Hadisə nəticəsində ölən yoxdur.
İlkin məlumatlara əsasən, binanın yaxınlığındakı dayanacaqda 15 avtomobil yanaraq yararsız hala düşüb, daha 25 avtomobil isə zədələnib.
Fərid Əkbərov Ukrayna Adıgey Respublikası PUA hücumu