Dövlət Departamenti İranda 19 yaşlı gəncin edama məhkum edilməsinə etiraz edib

Tarix: 21 Jan 2026 14:14

ABŞ Dövlət Departamenti İranda 19 yaşlı gəncin edama məhkum edilməsini qınayıb.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin “X”də farsdilli səhifəsində qeyd olunub.

“19 yaşlı Əmirhüseyn Qadirzadənin dinc etiraza çıxdığına görə edama məhkum edilməsi İran rejiminin öz xalqının səsini boğmaq üçün nə qədər irəli getdiyini göstərir. Əhalisinin təqribən 50%-i 30 yaşdan aşağı olan bir ölkədə rejim öz cavanlarını edam etməyi onları dinləməkdən üstün tutur. Öz cavanlarına rəhm etməyən rejim bir şeyi aşkar formada göstərir: İranda heç kim bu rejimin zorakılığından sığortalanmayıb. Biz İran rəsmilərindən təcili surətdə Əmirhüseyn Qadirzadənin edam hökmünü dayandırmağı, dinc etiraza çıxdıqlarına görə həbs olunan bütün insanların azadlığa buraxılmasını və İran xalqının fundamental haqlarına riayət edilməsini istəyirik”, - Dövlət Departamenti bildirib.

Toğrul Quluzadə ABŞ İran Əmirhüseyn Qadirzadə Dövlət Departamenti

Xəbər Lenti