KİV: Avropa Trampın Davosda BMT-yə alternativ beynəlxalq qurum yaratmaq planından narahatdır

Tarix: 21 Jan 2026 15:44

Bir sıra Avropa ölkələrinin başçıları ABŞ Prezidenti Donald Trampın Davosda yeni beynəlxalq qurumun — faktiki olaraq Birləşmiş Millətlər Təşkilatına alternativ strukturun — yaradıldığını elan edə biləcəyindən ehtiyatlanırlar.

APA xəbər verir ki, bu barədə “Bild” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Trampın Qəzza ilə bağlı planı çərçivəsində irəli sürdüyü “Sülh Şurası” adlandırılan təşəbbüsdən gedir. İlkin olaraq bu qurumun Qəzza sektorundakı vəziyyətə nəzarət etməsi nəzərdə tutulsa da, sızdırılan nizamnamənin mətnində bu mövzu demək olar ki, arxa plana keçib. Əvəzində “münaqişədən zərər çəkən və ya münaqişə təhlükəsi ilə üzləşən regionlarda sülhün təmin olunması” kimi daha geniş missiya müəyyən edilib

Mənbələrin bildirdiyinə görə, Tramp bu Şuraya təkbaşına rəhbərlik etmək, hətta öz varisini müəyyənləşdirmək səlahiyyətinə malik olacaq.

Avropada narahatlığı artıran məqamlardan biri də dəvət olunan ölkələrin tərkibidir. Məlumata əsasən, Almaniya, Fransa, Ukrayna, Çin və Rusiyaya daxil olmaqla bir çox dövlətlərə rəsmi dəvətlər göndərilib.

Avropa İttifaqında hesab edirlər ki, bu təşəbbüsdən imtina olunması Trampın qəzəbinə və yeni sanksiyalara səbəb ola bilər, iştirak isə Avropanın təsir imkanlarını zəiflədə bilər.

İlqar Xudiyev Tramp Sülh Şurası Avropa BMT

Xəbər Lenti