Estoniya sərhəd mühafizəçisi illərlə Rusiya üçün məlumat ötürüb

Tarix: 21 Jan 2026 14:59

Estoniyada Koidula sərhəd məntəqəsinin gözləmə zonasının mühafizəçisi illərlə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) tapşırığı ilə sərhəddə baş verənlər və məntəqə əməkdaşları haqqında məlumatlar ötürüb.

APA xəbər verir ki, bu barədə “Postimees” nəşri məlumat yayıb.

Məlumata görə, hazırda həbs olunan FSB-nin zabiti Nikolay Tarasov Estoniya və Rusiya vətəndaşı Vyaçeslav Yefimovu 2022-ci ilin sentyabr ayında əməkdaşlığa cəlb edib.

Estoniya Təhlükəsizlik Polisi məlumat verir ki, Yefimov ən azı üç il ərzində sərhəd məntəqəsinin fəaliyyəti, əməkdaşlar haqda, onların Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətləri və digər məlumatı Rusiya tərəfinə ötürüb.

İlqar Xudiyev Rusiya kəşfiyyatı Estoniya

Xəbər Lenti