NATO Baş katibi: Tramp haqlıdır, Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq

Tarix: 21 Jan 2026 14:47

NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Arktika ilə bağlı fikirlərini dəstəkləyib.

APA xəbər verir ki, o, bu barədə Dünya İqtisadi Forumunda danışıb.

“Düşünürəm ki, prezident Tramp haqlıdır. Biz Arktikanı qorumalıyıq. Çin və Rusiya bu bölgədə aktivliklərini artırırlar. Sadəcə Arktika ilə həmsərhəd olan 8 ölkə var ki, bunlardan 7-si NATO ölkəsidir. NATO ölkəsi olmayıb Arktika ilə həmsərhəd olan yeganə ölkə Rusiyadır. Hətta mən deyərdim ki, 9-cu bir ölkədə var ki, bu da Çindir. Çin Arktikada getdikcə daha da fəallaşır. Buna görə də düşünürəm ki, prezident Tramp haqlıdır. Biz Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq”, - Mark Rutte vurğulayıb.

Qeyd edək ki, Qrenlandiya dünyanın ən böyük adasıdır, Arktikada yerləşir, Danimarkanın muxtar ərazisidir. Donald Tramp isə israrla bildirir ki, o bu adanı istəyir.

Toğrul Quluzadə NATO Arktika Mark Rutte ABŞ Tramp Rusiya Çin

Xəbər Lenti