Duma Rusiya üçün döyüşən əcnəbilərin deportasiyasını qadağan edən qanunu qəbul edib

Tarix: 21 Jan 2026 15:40

Dövlət Duması Rusiya tərəfdən döyüşmüş əcnəbilərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

APA xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Layihəyə əsasən, Rusiya Silahlı Qüvvələri və ya Rusiya tərəfini təmsil edərək hərbi əməliyyatlarda iştirak etmiş xarici vətəndaşların ölkədən deportasiya edilməsi və ya inzibati qaydada çıxarılması qadağan olunur.

Qanun layihəsində, həmçinin belə şəxslərin digər dövlətlərə cinayət təqibi məqsədilə verilməsinin də yolverilməz olduğu qeyd olunur. Yəni, Rusiya tərəfdən döyüşmüş əcnəbilər üçün ekstradisiya qadağası tətbiq ediləcək.

Təşəbbüsün müəllifləri bildirirlər ki, bu addım Rusiya üçün döyüşən xarici vətəndaşların hüquqi statusunun qorunmasına və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib.

İlqar Xudiyev Dövlət Duması əcnəbilərin deportasiyasına qadağa

Xəbər Lenti