Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 17:25
Münasibətlərin kobud güc üzərində qurulduğu müasir dünyada müstəqil qalmaq üçün Avropa İttifaqının öz təsir vasitələrinə malik olması və ənənəvi Avropa ehtiyatlılığından uzaqlaşması vacibdir.
APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu fikirləri Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı səsləndirib.
O, bildirib ki, bu gün dünya “güclünün haqqı” prinsipinin hökm sürdüyü bir məkana çevrilib. “Biz artıq kobud güclə müəyyən olunan dünyada yaşayırıq – istər iqtisadi, istər hərbi, istər texnoloji, istərsə də geosiyasi sahədə. Bu, bəzilərimizin xoşuna gəlməsə də, reallıq məhz budur”, – Ursula von der Leyen qeyd edib.
Komissiya prezidentinin sözlərinə görə, bu şəraitdə Avropa İttifaqı öz müstəqilliyini qorumaq üçün iqtisadiyyat, təhlükəsizlik, texnologiya və demokratiya sahələrində güclü olmalıdır.
“Əgər dünyanın bizi formalaşdırmasını istəmiriksə, biz özümüz güclü olmalıyıq. Qaydaların getdikcə daha çox pozulduğu bu dünyada Avropanın öz güc vasitələrinə ehtiyacı var və biz onların nə olduğunu bilirik”, – o vurğulayıb.
İlqar Xudiyev Aİ Ursula von der Leyen