Rusiyalı generalın qətlində təqsirləndirilən erməniyə 25 il həbs cəzası verilib

Tarix: 21 Jan 2026 17:03

Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-leytenant İqor Kirillovun öldürüldüyü terror aktını törətməkdə təqsirləndirilən 30 yaşlı özbəkistanlı Əhmədjon Kurbonov ömürlük azadlıqdan məhrum edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, məhkəmə generalın qətlində təqsirləndirilən Kurbonovu 1 milyon rubl cərimələyib.

Məhkəmə 2024-cü il dekabrın 17-də törədilən terror aktı işi üzrə təqsirləndirilən üç müttəhimə 25 il, 22 il və 18 il müddətində həbs cəzası təyin edib.

Moskvanın hərbi məhkəməsi Kurbonova mənzil kirayə verən Batuhan Toçiyev və Ramazan Padiyevi müvafiq olaraq 22 və 18 il, evində bomba üçün komponentlər saxlayan erməni Robert Səfəryanı isə 25 il müddətində azadlıqdan məhrum edib.

Qeyd edək ki, İqor Kirillov və köməkçisinin qətli 2024-cü ilin dekabrında baş verib. Generalın evinin yaxınlığında park edilmiş skuterə qoyulmuş bomba onlar binanın girişindən çıxarkən partlayıb.

Fərid Əkbərov Rusiya general

Xəbər Lenti