Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 16:47
Hakan Fidan sabah İsveçrəyə gedəcək.
APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, bu ölkənin xarici işlər naziri Hakan Fidan Qəzza Sülh Şurasının imza mərasiminə qatılmaq üçün yanvarın 22-də İsveçrəyə səfər edəcək.
Qeyd edək ki, ABŞ Fələstində Qəzza sülh planı çərçivəsində ikinci mərhələyə keçildiyini elan edib. HAMAS Qəzza zolağına nəzarəti yeni yaradılmış texnokratlar heyətinə təhvil verəcək. Bu heyətə Donald Trampın sədrlik edəcəyi qurum nəzarət edəcək.
Dəryanur Cəfərova Türkiyə İsveçrə Qəzza Sülh Şurası