Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 16:43
Ukrayna Ali Antikorrupsiya Məhkəməsi “Batkivşçina” partiyasının lideri Yuliya Timoşenkonun əmlakının bir hissəsinə həbs qoyulması barədə qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.
Məlumata görə, Ali Radanın deputatlarını pul müqabilində ələ almaqda təqsirləndirilən siyasətçinin həyat yoldaşı Aleksandr Timoşenkoya məxsus əmlaka da, eləcə də axtarışlar zamanı götürülən pul və digər əşyalara həbs qoyulub.
Timoşenkonun vəkili bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil və apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Ukrayna məhkəməsi sabiq Baş nazir Yuliya Timoşenko barəsində 33 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib. Timoşenkonun müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etməsi də qadağan edilib. Timoşenkonun elektron qolbaq taxmaq öhdəliyi yoxdur.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və Prokurorluq (SAP) Ali Radada bir fraksiyanın rəhbərinin deputatlara müəyyən qanun layihələrinin lehinə və əksinə səs vermələri üçün pul təklif etməsi faktını üzə çıxardıqlarını açıqlayıb.
İlqar Xudiyev Yuliya Timoşenko əmlaka həbs Radada rüşvət qalmaqalı