Tramp: Maduro saxlanılan kimi Venesuela rəhbərliyi razılaşma istədi, ağıllı adamlardır

Tarix: 21 Jan 2026 17:58

Venesuela rəhbərliyinin əməkdaşlığını yüksək qiymətləndiririk.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışında deyib.

Tramp bildirib ki, Venesuela rəhbərliyindəki şəxslər ağıllı adamlardır. Onun sözlərinə görə, Maduro saxlanılan kimi, Venesuela rəhbərliyi ABŞ-la razılaşma əldə etmək istəyib.

"Bunu daha çox ölkə etməlidir, - Tramp qeyd edib.

O əlavə edib ki, ABŞ artıq Venesueladan 50 milyon barel neft götürüb.

Toğrul Quluzadə ABŞ Venesuela Tramp neft

Xəbər Lenti