Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin verilməsini sürətləndirəcək proseduru təsdiqləyib

Tarix: 21 Jan 2026 17:53

Avropa Parlamenti Ukraynaya Avropa İttifaqının 90 milyard avro məbləğində dəstək krediti vermək üçün sürətləndirilmiş prosedurun tətbiqini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Məlumata gərə, bu mexanizm Aİ-yə digər ölkələrlə bütün İttifaq dövlətlərinin yekdil razılığı olmadan əməkdaşlıq etməsinə imkan yaradır.

Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Komissiyasının qiymətləndirmələrinə görə, 2026–2027-ci illərdə Ukraynaya dövlət institutlarının fəaliyyətinin təmin edilməsi və hərbi dəstək üçün ümumilikdə 137 milyard avro lazım olacaq. Bunun 90 milyard avrosu Avropa İttifaqı tərəfindən təmin ediləcək, qalan hissəsi isə “Böyük Yeddilik” (G7) ölkələrindən gəlməlidir.

İlqar Xudiyev Avropa parlamenti Ukraynaya 90 milyard kredit

Xəbər Lenti