SDQ Suriya hərbçilərinin olduğu anbara dron zərbəsi endirib, 7 əsgər ölüb, 20-si yaralanıb

Tarix: 21 Jan 2026 18:49

Şərqi Həsəkədə, İraq sərhədindəki al-Yaarubiyah keçid məntəqəsi yaxınlığında SDQ silahlılarının hücumu nəticəsində 7 Suriya əsgəri ölüb, 20 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suriya ordusunun əsgərləri SDQ-nin partlayıcı və pilotsuz uçuş aparatlarının saxlandığı anbarda axtarış apararkən kamikadze dronunun hücumuna məruz qalıblar.

İlqar Xudiyev Suriya dron hücumu SDF Suriya ordusu

Xəbər Lenti