Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 18:36
Həm Rusiya, həm də Ukrayna prezidentləri sülh razılaşması əldə etmək istəyir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumundakı çıxışında deyib.
“Mən Prezident Putinlə işləyirəm və o, razılaşma əldə etmək istəyir. Mən buna inanıram. Mən həm də Prezident Zelenski ilə işləyirəm və düşünürəm ki, o da razılaşma əldə etmək istəyir. Mən bu gün onunla görüşəcəm”, - Tramp qeyd edib.
Daha sonra o jurnalistlərin suallarını cavablandırarkən görüşün sabah; yanvar ayının 22-də baş tutacağını deyib.
"Mənə elə gəlir ki, görüş sabah olacaq", - Tramp əlavə edib.
Toğrul Quluzadə ABŞ Tramp Zelenski Putin Rusiya Ukrayna