Abbas Moskvaya işgüzar səfərlə gəlib

Tarix: 21 Jan 2026 22:44

Fələstin prezidenti Mahmud Abbas Moskvaya iki günlük işgüzar səfərlə gəlib.

APA xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.

Məlumatına görə, Abbas 22 yanvarda rusiyalı həmkarı Vladimir Putin və bir neçə ərəb ölkəsinin səfirləri ilə görüşməyi planlaşdırır.

Tərəflərin "Yaxın Şərqdəki son hadisələri" müzakirə etməsi gözlənilir.

Xəbər Lenti