Səkkiz ölkə "Sülh Şurası"na qoşulduğunu elan edib

Tarix: 21 Jan 2026 21:52

Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qəzza zolağını idarə edən "Sülh Şurasına" qoşulmaq qərarına gəliblər.

APA xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dərc etdiyi birgə bəyanatda öz əksini tapıb.

"Nazirlər ölkələrinin "Sülh Şurası"na qoşulmaq barədə birgə qərarını elan etdilər. Hər bir dövlət öz hüquqi prosedurlarına uyğun olaraq qoşulma sənədlərini imzalayacaq", - bəyanatda deyilir.

Xəbər Lenti