Ukrayna ordusunun Krasnodar vilayətinə hücumu nəticəsində iki nəfər həlak olub

Tarix: 21 Jan 2026 23:22

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Krasnodar vilayətinin Volna qəsəbəsindəki liman terminallarına hücumu nəticəsində iki nəfər həlak olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə qubernator Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində bir neçə nəfər də yaralanıb.

Qubernator hücum nəticəsində dörd neft anbarının yandığını da əlavə edib.

Fərid Əkbərov

Xəbər Lenti