Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 21 Jan 2026 22:44
Fələstin prezidenti Mahmud Abbas Moskvaya iki günlük işgüzar səfərə gəlib.
APA xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.
Məlumatına görə, Abbas 22 yanvarda rusiyalı həmkarı Vladimir Putin və bir neçə ərəb ölkəsinin səfirləri ilə görüşməyi planlaşdırır.
Tərəflərin "Yaxın Şərqdəki son hadisələri" müzakirə etməsi gözlənilir.