Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 00:06
Rusiya dondurulmuş aktivlərdən "Sülh Şurası"na 1 milyard dollar ayırmağa hazırdır.
APA-nən Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.
O, Rusiyanın ABŞ prezidenti Donald Trampın "Sülh Şurası"na qoşulmaq üçün şəxsi dəvətini aldığını və buna görə ona təşəkkür etdiyini söyləyib.
Putin ölkəsinin Rusiya Xarici İşlər Nazirliyi sənədləri nəzərdən keçirdikdən və strateji tərəfdaşlarla məsləhətləşmələrdən sonra cavab verəcəyini deyib.
Bildirib ki, Rusiya artıq ABŞ-dakı dondurulmuş aktivlərdən "Sülh Şurası"na 1 milyard dollar ayırmağa hazırdır.
Putin Moskvanın Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra ABŞ-dakı qalan dondurulmuş aktivlərdən Yaxın Şərqin yenidən qurulması üçün istifadə etməyə hazır olduğunu da söyləyib.
O, bu təklifi sabah Fələstin Prezidenti Mahmud Abbas və ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə müzakirə edəcəyini qeyd edib.
Fərid Əkbərov