Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 02:17
“Tehran nüvə proqramını inkişaf etdirməyi davam etdirsə, ABŞ İrana qarşı yenidən hərbi güc tətbiq etməyə hazır olacaq.”
APA xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp CNBC-yə müsahibəsi zamanı deyib.
"ABŞ-ın İrana hücumuna gəlincə, əgər bunu etsələr, bu, yenidən baş verəcək. Onlar nüvə proqramını inkişaf etdirməyi dayandırmalıdırlar. Onlar nüvə proqramı ilə təcrübələr aparmağa davam edirlər", - Tramp bildirib.