Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 04:10
ABŞ Venesuela neftinin satışından əldə edilən gəlirin bir hissəsini özünə saxlayacaq.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CNBC-yə müsahibəsi zamanı deyib.
"Biz bir hissəsini Venesuelaya verəcəyik. Bir hissəsini də saxlayacağıq. Biz Venesuela ilə çox yaxşı yola gedirik. Onların da böyük neft və digər mineral ehtiyatları var. Yeri gəlmişkən, onlar bizimlə 25 ildə əldə edəcəklərindən daha çox pul qazanacaqlar", - Tramp bildirib.