“Qəzzada İsrail üçün heç bir təhlükə qalmayacağını təmin edəcəyik” - Netanyahu

Tarix: 22 Nov 2023 01:48

“Müvəqqəti atəşkəs əldə olunsa belə, HƏMAS ilə müharibəni davam etdirəcəyik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Biz müharibəni davam etdiririk və bütün məqsədlərə çatana qədər davam edəcəyik. Biz HƏMAS-ı məhv edəcəyik, oğurlananların hamısını geri qaytaracağıq və Qəzzada İsrail üçün heç bir təhlükə qalmayacağını təmin edəcəyik”, - deyə Netahyahu qeyd edib.

Xəbər Lenti