Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 07:06
Ukraynanın sülh danışıqlarında nümayəndə heyətinə rəhbərlik edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Davosda ABŞ prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşüb.
APA xəbər verir ki, Umerov bu barədə özünün “Telegram” kanalında məlumat verib.
"Əsas mövzular iqtisadi inkişaf, müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri olub. Tərəfdaşlara Rusiya tərəfindən mülki infrastrukturun son atəşə tutulması, xüsusən də Kiyevdəki vəziyyət barədə məlumat verilib. Burada hücumlar milyonlarla insanı elektrik enerjisi və istiliksiz qoyub", - o yazıb.