Azad edilən girovların hamısı uşaq olacaq

Tarix: 22 Nov 2023 02:49

İsraillə gözlənilən razılaşma əldə edilərsə, HƏMAS-ın azad edəcəyi girovlar uşaqlar olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, HƏMAS-ın azad edəcəyi girovların demək olar ki, hamısı uşaq olacaq, qalan az hissəsi isə ikili vətəndaşlığı olan şəxslər olacaq.

Xatırladaq ki, İsrailin “KAN” televiziyası isə İsrail və HƏMAS arasında əsir mübadiləsinə dair razılığın əldə olunduğunu bildirib.

Xəbər Lenti