KİV: ABŞ-a birləşmək müqabilində hər Qrenlandiya sakininə 1 milyon dollar verilə bilər

Tarix: 22 Jan 2026 13:06

Tramp ABŞ-a birləşməyin müqabilində Qrenlandiyanın 57 minlik əhalisinin hər birinə 1 milyon dollar təklif etməyi düşünür.

APA xəbər verir ki, bu barədə “Daily Mail” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, NATO rəsmiləri hələlik Qrenlandiyanın kiçik ərazilərini ABŞ-a hərbi bazaları üçün verilməsi planı üzərində müzakirələr aparır. Təklif Böyük Britaniyanın Kiprdəki hərbi bazalarının statusuna bənzədilir. Həmin bazalar hazırda Britaniya suverenliyi altında fəaliyyət göstərir.

Tramp jurnalistlərə bildirib ki, bu “uzunmüddətli razılaşmadır” və vaxt limiti yoxdur.

“Bu razılaşma əbədi olacaq”, – o vurğulayıb.

İlqar Xudiyev ABŞ Qrenlandiya NATO

Xəbər Lenti